Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
25.01.2017

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi

24-25 yanvar tarixlərində “Peşəm mənim karyeramdır-gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib.

Sərgidə 5, 10, 13 nömrəli Bakı Peşə məktəbləri və 12, 18 nömrəli Bakı Peşə liseylərində təhsil alan qızlar iştirak edib.

İki gün davam edən sərgidə aşpaz, ağac üzərində naxış rəssamı, xalçaçı, dərzi, qənnadçı-şirniyyatçı, geyim üzrə dizayner, bərbər-vizajist, interyer və eksteryerin bədii tərtibatçısı, qrimçi-pastijor, kostyum ustası və dərzi ixtisasları üzrə təhsil alan qızların əl işləri nümayiş olunub.

“Peşəm mənim karyeramdır-gənc qızlara dəstək” adlı layihə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.


Açar sözlər:   
1 / 9
24-25 yanvar tarixlərində “Peşəm mənim karyeramdır-gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib. Sərgidə 5, 10, 13 nömrəli Bakı Peşə məktəbləri və 12, 18 nömrəli Bakı Peşə liseylərində təhsil alan qızlar iştirak edib.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə