Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Təhsil haqqında” qanuna dəyişiklik olunur

07-06-2017 | 16:43        

  

Ali təhsil müəssisələrində birillik hazırlıq qruplarının təşkil edilməsi ənənəsi bərpa olunur. Bununla bağlı “Təhsil haqqında” qanuna iki yeni maddə əlavə edilir. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli dedi ki, qanuna əlavə olunan 22.3-1 və 26.5-1-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil edilir. Həmin hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssilərinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Qeyd olundu ki, Ali təhsil müəssisələrində birillik hazırlıq qruplarının təşkili təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, xarici ölkələrdəki ali təhsil müəssisələrinə imtahansız, ödənişlə qəbul olunmaq istəyən məzunların da sayının azalmasına təsir göstərəcək. Bu isə həm də ölkədən kənara axan həmin maliyyə vəsaitlərinin qarşısının alınmasında yardımçı olacaq. Müzakirələr zamanı çıxış edən millət vəkilləri dəyişikliyi vacib saydılar və layihə Milli Məclisin plenar iclasına tövsiyyə olundu. 

Ali təhsil müəssisələrində birillik hazırlıq qruplarının təşkil edilməsi ənənəsi bərpa olunur. Bununla bağlı “Təhsil haqqında” qanuna iki yeni maddə əlavə edilir. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli dedi ki, qanuna əlavə olunan 22.3-1 və 26.5-1-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil edilir.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə