Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“YARAT”da “Səni sevirəm, Xəzərim!” adlı musiqili tamaşa

Bakı, 31 yanvar, AZƏRTAC

Fevralın 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb-studiyasının nəzdində fəaliyyət göstərən uşaq musiqili teatrı “Səni sevirəm, Xəzərim!” adlı tamaşa təqdim edəcək.

“YARAT”dan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri gənc rejissorlar Elvin Mirzəyev və Nigar Həsənzadənin quruluşunda təqdim olunacaq. Tamaşanın musiqi rəhbəri Ofeliya Axundova və Vəfa Həmidova, bədii rəhbəri isə Tərlan Seyidovdur. Tamaşanın əsasını ölkəmizin 100 illik dövrünü əks etdirən məşhur mahnılar təşkil edir. Tamaşaçılar bu musiqi və mahnılarla keçmiş dövrlərdən bu günədək müxtəlif zamanlara səyahət edib, Vətənimizin müxtəlif dəb və adətlərin şahidi olacaqlar.

Tamaşanın nümayişində hər kəs iştirak edə bilər.

Fevralın 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb-studiyasının nəzdində fəaliyyət göstərən uşaq musiqili teatrı “Səni sevirəm, Xəzərim!” adlı tamaşa təqdim edəcək.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə