Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Əsəd rejiminin qüvvələrini hər yerdə vuracağıq...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında yaranmış vəziyyətlə bağlı yeni bəyanat verib. Ərdoğan xəbərdarlıq edib ki, Türkiyə ordusu İdlib vilayəti və Soçi anlaşması ilə müəyyən edilmiş deeskalasiya zonası ilə kifayətlənməyərək Bəşər Əsəd rejiminə bağlı qüvvələrə “hər yerdə zərbə endirəcək”.

Ərdoğan belə bəyanatla son günlər Suriya rejimi qüvvələrinin İdlib bölgəsində Türkiyə ordusunun mövqelərini atəşə tutması, nəticədə azı 13 əsgərin həlak olması ilə bağlı AKP-nin parlament qrupu qarşısında çıxış edib.

“Əsgərlərimizə zərər gəlməsi halında bu gündən etibarən İdlib və Soçi anlaşması sərhədləri ilə kifayətlənməyib rejim qüvvələrini hər yerdə vuracağımızı buradan elan edirəm”,-Ərdoğan bildirib.


Türkiyə Suriya rejimi qüvvələrinin Soçi anlaşmasını pozaraq İdlib bölgəsində Ankaranın dəstəklədiyi müxalif qüvvələrə (“Ən-Nüsra” cəbhəsinin bazasında yaradılmış qruplaşmalar) qarşı genişmiqyaslı hücuma keçməsinə cavab olaraq bölgəyə çoxlu sayda əlavə hərbi qüvvələr yeridib. Suriya ordusu İdlib bölgəsində hücumları genişləndirərək ölkənin şimalını paytaxt Dəməşqlə birləşdirən strateji əhəmiyyətli şose yoluna nəzarəti ələ alıb. Bölgədə humanitar fəlakət yaranıb, yüz minlərlə qaçqın Türkiyə sərhədlərinə tərəf axın edir.

“Verilən sözlərə əməl edilməsini gözlədik, amma bizə verilən sözlər yerinə yetirilmədi. Anlaşmalara heç kim riayət etmir. Bu hücumlar birbaşa əsgərlərimizi hədəf almağa başladı. Məqsəd sahəni tamamlə boşaltmaqdır. Bir halda ki, vəziyyət belədir, biz də sözə görə deyil, sahədəki real vəziyyətə görə hərəkət edəcəyik. Fevralın sonlarına qədər rejim qüvvələrini deeskalasiya zonasının hüdudları xaricinə çıxarmaqda qərarlıyıq. Havadan və qurudan nə lazımsa tərəddüd etmədən bunu edəcəyik. İdlibdəki hərbi qüvvələrimizi artırdıq, təxribatlara göz yummaq niyyətində deyilik”,-Türkiyə prezidenti bildirib.

Ərdoğan İdlibdə dinc sakinlərin həlak olmasına görə Rusiyanın da günahkar olduğunu deyib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə